Bakıda UFC həyəcanı: “Şara Bullet” hakim qərarı ilə qalib oldu - YENİLƏNİB + FOTO/VİDEO

27 İyun 2026 22:40
1 843
Bakıda UFC həyəcanı: “Şara Bullet” hakim qərarı ilə qalib oldu - YENİLƏNİB + FOTO/VİDEO

“UFC Fight Night Baku” turnirində əsas kardın növbəti qarşılaşması baş tutub.

İdman.Biz bildirir ki, rusiyalı Şarabutdin “Şara Bullet” Maqomedov braziliyalı Mişel Pereyra ilə üz-üzə gəlib.

Yekunda “Şara Bullet” hakimlərin qərarı ilə qələbə qazanıb.

21:32

“UFC Fight Night Baku” turnirində əsas kardın üçüncü qarşılaşması baş tutub.

İdman.Biz xəbər verir ki, qazaxıstanlı Asu Almabayev amerikalı Çarlz Consonla qüvvəsini sınayıb.

Qarşılaşma qazaxıstanlının qalibiyyəti ilə bitib.

21:01

“UFC Fight Night Baku” turnirində əsas kardın ikinci qarşılaşması olub.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirin ikinci görüşündə rusiyalı İkram Aliskerovla braziliyalı Brunno Ferreyra rastalşıb.

Qarşılaşma Aliskerovun qələbəsi ilə yekunlaşıb.

20:24

Bakıda keçirilən “UFC Fight Night Baku” turnirində əsas kard start götürüb.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecənin əsas kardının ilk görüşündə Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa) ilə üz-üzə gəlib.

Almaniyalı boğucu fəndlə rəqibini məğlub edə bilib.

19:21

“UFC Fight Night Baku” turnirində ilkin kardın altıncı qarşılaşması baş tutub.

İdman.Biz bildirir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə türkiyəli Abdul Rahman Yahyaev amerikalı Culius Uolkerlə üz-üzə gəlib.

Türkiyəli idmançı 8 saniyə ərzində rəqibini təslim edə bilib.

19:05

“UFC Fight Night Baku” turnirində ilkin kardın beşinci qarşılaşması bitib.

İdman.Biz bildirir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə Avstraliyanı təmsil edən özbəkistanlı Nursulton Ruziboev rusiyalı Andrey Pulyavlə gücünü sınayıb.

Qarşılaşma Nursultonun boğucu fəndlə qələbəsi ilə yekunlaşıb.

18:52

"UFC Fight Night Baku" turnirində ilkin kardın dördüncü görüşü başa çatıb.

İdman.Biz bildirir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə Avstraliyanı təmsil edən türk əsilli döyüşçü Kaan Ofli kolumbiyalı Xavyer Reyeslə qarşılaşıb.

Qarşılaşma Oflinin boğucu fəndlə qələbəsi ilə yekunlaşıb.

18:25

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində ilkin kardın üçüncü görüşü başa çatıb.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə ukraynalı Daniil Donçenko isveçli Teodor Berggen ilə qarşılaşıb.

Qarşılaşma ukraynalı döyüş ustasının qələbəsi ilə bitib. O, ikinci raundda rəqibini məğlub edib.

18:06

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində ilkin kardın növbəti görüşü başa çatıb.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə qazaxıstanlı Bekzat Almakhan braziliyalı Jan Matsumoto ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Matsumotonun qələbəsi ilə yekunlaşıb. Braziliyalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib elan olunub.

Qeyd edək ki, "UFC Fight Night Baku" turnirində qarşılaşmalar davam edir. Gecədə Azərbaycan təmsilçiləri Fərman Həsənov, Nazim Sadıxov və Rafael Fiziyev də oktaqona çıxacaqlar.

17:35

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində ilkin kardın ilk görüşü başa çatıb.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecədə Tahir Abdullayev (Azərbaycan) braziliyalı Cefferson Nasimento ilə qarşılaşıb.

Tahir Abdullayev yarımorta çəki dərəcəsində braziliyalı Cefferson Nasimentonu məğlub edib. Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Qeyd edək ki, gecədə Azərbaycanı təmsil edən digər döyüşçülər Nazim Sadıxov, Fərman Həsənov və Rafael Fiziyev də oktaqona çıxacaqlar.

17:08

Bakıda keçirilən "UFC Fight Night Baku" turniri start götürüb.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan gecənin ilk görüşündə Tahir Abdullayev (Azərbaycan) braziliyalı Cefferson Nasimento ilə üz-üzə gəlir.

Qeyd edək ki, əsas kard saat 20:00-da başlayacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə qarşılaşacaq.

09:40

Bu gün Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatının (UFC) ikinci turnirində azarkeşləri maraqlı qarşılaşmalar gözləyir.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq “UFC Fight Night Baku”nun ilkin döyüşləri saat 17:00-da, əsas kard isə saat 20:00-da start götürəcək.

Gecənin əsas döyüşündə Azərbaycan döyüşçüsü Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Gecədə digər azərbaycanlı UFC təmsilçiləri də oktaqona çıxacaqlar. Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov amerikalı Erik Nolanla, Tahir Abdullayev isə braziliyalı Ceferson Nasimento ilə qüvvəsini sınayacaq.

“UFC Fight Night Baku”nun görüşləri

İlkin görüşlər

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)

Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)

Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)

Əsas döyüşlər

Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) - Brunno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Qeyd edək ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.

İdman.Biz