Bosniya və Herseqovina - Qətər matçı.başa çatıb.
İdman.Biz xəbər verir ki, Avropa təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Bu qələbə Bosniyaya 4 xalla B qrupunda üçüncü olmağa imkan verib. Milli ən yaxşı üçüncülərdən biri kimi 1/6 finala çıxmaq şanslarını qoruyur. Pley-offda Bosniyanın mümkün rəqibləri Almaniya və ABŞ millilərindən biri ola bilər.
Qətər isə 1 xalla qrup sonuncusu kimi mundialı tərk edir.
Qrup mərhələsi başa çatandan sonra B qrupunda vəziyyət belədir:
|
K |
O |
Q |
H |
M |
T |
X |
|
İsveçrə |
3 |
2 |
1 |
0 |
7:3 |
7 |
|
Kanada |
3 |
1 |
1 |
1 |
8:3 |
4 |
|
Bosniya |
3 |
1 |
1 |
1 |
5:6 |
4 |
|
Qətər |
3 |
0 |
1 |
2 |
2:10 |
1 |
00:43
Bosniya və Herseqovina - Qətər matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 80-ci dəqiqədə bosniyalı Ermin Mahmiç fərqi artırır - 3:1.
00:08
Bosniya və Herseqovina - Qətər matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra Bosniya irəlidədir - 2:1.
23:53
Bosniya və Herseqovina - Qətər matçında birinci hissə bitib.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra avropalılar irəlidədirlər - 2:1.
23:44
Bosniya və Herseqovina - Qətər matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 43-cü dəqiqədə qətərli Hasan Əl-Haydos hesabı dəyişib - 1:2.
23:36
Bosniya və Herseqovina - Qətər matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 34-cü dəqiqədə Qətərin qapıçısı Mahmud Abunada öz qapısına qol vurub.
23:30
Bosniya və Herseqovina - Qətər matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 29-cu dəqiqədə bosniyalı Kərim-Sem Alaybeqoviç hesabı açıb.
23:00
Futbol üzrə dünya çempionatında Qətər və Bosniya və Herseqovina milliləri B qrupunda son tur matçına çıxıblar.
İdman.Biz bildirir ki, matç ABŞ-ın Sietl şəhərindəki “Lumen Field” stadionunda keçirilir.
Oyunun baş hakimi venesuelalı Xesus Valensueladır.
Qətərlə Bosniya və Herseqovina qrupda hərəyə 1 xal toplayıblar. Qətər ilk oyunda İsveçrə ilə heç-heçə edib – 1:1, ikinci turda isə Kanadaya böyük hesabla məğlub olub – 0:6. Bosniya və Herseqovina isə ilk oyunda Kanada ilə 1:1 hesablı heç-heçə oynayıb, ikinci turda isə İsveçrəyə 1:4 hesabı ilə uduzub.
Pley-offa nəzəri şanslarını saxlamaq üçün bu komandalardan biri bu gün qələbə qazanmalıdır.
