Portuqaliya - Özbəkistan oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab 3:0 portuqalların xeyrinədir.
21:40
Portuqaliya Özbəkistanla oyunda hesab arasındakı fərqi artırıb.
İdman.Biz bildirir ki, 39-cu dəqiqədə Ronaldu oyunda ikinci qolunu vurub - 2:0. Bu, portuqaliyalının dünya çempionatlarında 10-cu, ümumilikdə isə 975-ci qoludur.
21:18
Portuqaliya - Özbəkistan matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 17-ci dəqiqədə Nunu Mendeş Portuqaliyanın ikinci qoluna imza atıb.
21:08
Portuqaliya - Özbəkistan matçında hesab açılır.
İdman.Biz bildirir ki, 6-cı dəqiqəsində Kriştianu Ronaldu hesabı açıb. Bununla da Ronaldu 6 dünya çempionatında qol vuran ilk oyunçu kimi tarixə düşüb. Ronaldu dünya çempionatlarında vurduğu qolların sayını 9-a çatdırıb. Bu, həm də portuqaliyalı forvardın ümumilikdə vurduğu 974-cü qoldur.
21:01
Futbol üzrə dünya çempionatında K qrupunda ikinci tura start verilib.
İdman.Biz bildirir ki, turun açılış oyununda Portuqaliya və Özbəkistan üz-üzə gəlirlər.
Matç “NRG Stadium”da keçirilir. Baş hakim mərakeşli Cəlal Cayeddir.
İlk turdan sonra Portuqaliyanın 1 xalı var. Onlar Konqo Demokratik Respublikası ilə heç-heçə ediblər – 1:1. Özbəkistan isə birinci turda Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.
