Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, komandamız Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Portuqaliya yığması ilə üz-üzə gəlib. GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi ilk setdə 25:21 hesabı ilə qalib gəlsə də, üstünlüyünü davam etdirə bilməyib. Portuqaliya növbəti setləri 25:16, 25:12 və 25:19 hesabı ilə öz xeyrinə başa vurub.
Millimiz Gümüş Avropa Liqasında ümumilikdə altı oyun keçirib. Komanda Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstan və Portuqaliyaya isə 1:3 hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan yığması turniri qələbə və xal qazanmadan tamamlayıb.
Qeyd edək ki, reqlamentə əsasən, yarışda iştirak edən 27 komanda arasında ilk dörd yeri tutan kollektivlər Dördlər Finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun - 12 iyul tarixlərində keçiriləcək.
12:22
Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında növbəti matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kişilərdən ibarət komanda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Portuqaliya yığması ilə qarşılaşacaq.
Görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Bakıda təşkil olunan mərhələnin ilk oyununda Macarıstana 1:3 hesabı ilə məğlub olub. Görüşün setləri 19:25, 25:22, 27:29, 16:25 hesabı ilə başa çatıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi isə Gümüş Avropa Liqasında mübarizəni başa vurub. Şimali Makedoniyanın ev sahibliyi ilə keçirilən üçüncü turun son qarşılaşmasında komandamız İsveçrə yığması ilə üz-üzə gəlib. Strumitsa şəhərində təşkil olunan görüşün qalibi İsveçrə millisi olub. Komandamız yarışı üç qələbə, 9 xalla başa vurub.
