Türkiyənin “Ərzurumspor” komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Mərasimdə Ərzurum təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib.
16:18
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin Türkiyənin “Ərzurumspor” klubuna transferi tamamlanıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Superliqanın yeni iştirakçısı ilə bir illik icarə müqaviləsi imzalayıb.
Artıq komandanın düşərgəsində olan forvard tibbi müayinədən uğurla keçib.
Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.
