“Murov Az Terminal” voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi ABŞ-li hücumçu Keionna Mackeylə müqavilə imzalayıb. 22 yaşlı voleybolçu yeni mövsümdən etibarən komandanın uğurları üçün mübarizə aparacaq.
183 sm boya malik Mackey son mövsümü ABŞ-nin “Appalachian State” universitet komandasında keçirib. Kənar hücumçu 26 qarşılaşmada meydana çıxaraq 212 xal qazandıran hücum və 26 eyslə yadda qalıb.
