Konfrans Liqası: “Qarabağ” minimal hesabla məğlub oldu - YENİLƏNİB + VİDEO

6 Avqust 2026 22:56
1 328
Konfrans Liqası: “Qarabağ” minimal hesabla məğlub oldu

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Dinamo" (Kiyev) - "Qarabağ" oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç kiyevlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandaların cavab görüşü avqustun 13-də Bakıda olacaq.

22:05

"Dinamo" (Kiyev) - "Qarabağ" oyununda ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, ilk hissədən sonra kiyevlilər irəlidədirlər.

21:51

"Dinamo" (Kiyev) - "Qarabağ" oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, ilk hissədən sonra kiyevlilər irəlidədirlər.

21:11

"Dinamo" (Kiyev) - "Qarabağ" oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 10-cu dəqiqədə Matvey Ponomarenko kiyevliləri irəli çıxarıb.

21:00

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Dinamo" (Kiyev) - "Qarabağ" oyunu start götürüb.

İdman.Biz bildirir ki, oyunu Danimarkadan olan FIFA referisi Morten Kroq idarə edir.

20:03

UEFA Konfrans Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Ukraynanın "Dinamo" (Kiyev) və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

İdman.Biz-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Dinamo": Vyaçeslav Surkis, Aleksey Siç, Tomaş Kendzyora, , Taras Mixavko, Vladislav Dubinçak (K), Vladimir Brajko, Valentin Rubçinskiy, Eduardo Qerrero, Castin Lonveyk, Boqdan Reduşko, Matvey Ponomarenko.

Baş məşqçi: İqor Kostyuk

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir (K), Aleksey Kaşuk, Cebrail Makreçkis, Renaldo Sefas, Pedro Bikalyo, Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov

"Dinamo" - "Qarabağ" görüşü bu gün saat 21:00-da "Lublin Arena" stadionunda start götürəcək.

09:22

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyunu Danimarkadan olan FIFA referisi Morten Kroq idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də saat 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz