“Benfika” və “Harts” “Sabah”la mümkün görüş uğrunda mübarizə aparacaq

6 Avqust 2026 10:13
116
“Benfika” və “Harts” “Sabah”la mümkün görüş uğrunda mübarizə aparacaq

Bu gün futbol üzrə Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, oyun proqramına on görüş daxildir. Mərkəzi qarşılaşmalardan birində “Benfika” öz meydanında “Harts”ı qəbul edəcək, 2021/22 mövsümünün turnir finalçısı “Reyncers” isə səfərdə “Yagelloniya” ilə üz-üzə gələcək.

Həmçinin PAOK “Anderlext”lə qarşılaşacaq, “Beşiktaş” səfərdə “Hradets-Kralove”nin qonağı olacaq, “Zaltsburq” isə “Pafos”u qəbul edəcək.

Oyunların Bakı saatı ilə cədvəli:

19:00. KuPS - “Universitatya Krayova”

20:00. “Linkoln Red İmps” - “Omoniya”

20:00. “Yagelloniya” - “Reyncers”

20:00. “Makkabi” (Təl-Əviv) - ÇSKA (Sofiya)

21:00. “Lex” - “Klaksvik”

21:00. “Zaltsburq” - “Pafos”

21:00. “Hradets-Kralove” - “Beşiktaş”

21:45. PAOK - “Anderlext”

22:00. “Tun” - “Vikinqur” (Reykyavik)

23:00. “Benfika” - “Harts”

Cavab oyunları avqustun 13-də keçiriləcək. Qarşıdurmaların qalibləri Avropa Liqasının pley-off mərhələsinə yüksələcək, məğlub olan komandalar isə mübarizəni Konfrans Liqasında davam etdirəcəklər.

İdman.Biz