“Mingəçevir”in yeni baş məşqçisi açıqlandı

6 Avqust 2026 09:59
116
“Mingəçevir”in yeni baş məşqçisi açıqlandı

Azərbaycanın I Liqa futbol klubu “Mingəçevir”in baş məşqçi postuna Elman Sultanov təyin olunub.

İdman.Biz-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 52 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Mingəçevir” I Liqanın yeni mövsümündə ilk oyununu “Zaqatala”ya qarşı keçirəcək. Çempionatın 2026/2027 mövsümü sentyabrın 3-də start götürəcək.

İdman.Biz