“Qarabağ”ın mümkün rəqibləri Konfrans Liqasında üz-üzə gələcək

6 Avqust 2026 10:43
101
“Qarabağ”ın mümkün rəqibləri Konfrans Liqasında üz-üzə gələcək

Bu gün futbol üzrə Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan azarkeşləri üçün ən böyük maraq “Tvente” ilə “DAK 1904” arasındakı qarşılaşmadır. Bu cütün qalibi pley-off mərhələsində “Qarabağ”ın rəqibi ola bilər.

Bunun üçün Ağdam klubu Kiyev “Dinamo”sunu mübarizədən kənarlaşdırmalıdır. Komandalar arasında ilk oyun bu gün Polşanın Lyublin şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu gün ümumilikdə turnir çərçivəsində 27 qarşılaşma baş tutacaq. Digər oyunlarda “Ayaks” “Şelburn”la qarşılaşacaq, “Partizan” “Tobol”u qəbul edəcək, “Braqa” isə Minsk “Dinamo”su ilə üz-üzə gələcək.

Oyunların Bakı vaxtı ilə başlama cədvəli:

19:00. “İnter” (Turku) – “Vaduts”

20:00. “Noa” – “Syon”

20:00. HİK – “Mothervell”

20:00. “Payde” – “Rapid”

20:00. “Yablonets” – RFŞ

21:00. “İnter Eskaldes” – “Flora”

21:00. “Riqa” – ETO

21:00. “Jalgiris” – “Hayduk”

21:00. "Şerif" – "Sankt-Qallen"

21:00. ÇFR – "Tromse"

21:00. “Dinamo” (Kiyev) – “Qarabağ”

21:00. “Rakuv” – “Hammarbü”

21:00. "Yöteborq" – "Gent"

21:00. "Debretsen" – "Kopenhagen"

21:30. “Beytar” – “Austriya”

22:00. “Ayaks” – “Şelburn”

22:00. "Hapoel" (Təl-Əviv) – "Katovitse"

22:00. “Tvente” – DAK 1904

22:30. "Borats" – ML "Vitebsk"

22:30. "Braqa" – "Dinamo-Minsk"

22:30. "Valyur" – "Norşellann"

22:30. "Luqano" – NSİ

22:45. "Bohemians" – "Midtyullann"

22:45. "Riyeka" – "İlves"

23:00. “Tre Fiori” – “Drita”

23:00. “Partizan” – “Tobol”

23:00. “Hibernian” – “Şkendiya”

Cavab oyunları avqustun 13-də keçiriləcək. Qaliblər pley-off mərhələsinə yüksələcək, məğlub olan komandalar isə avrokuboklarla vidalaşacaqlar.

İdman.Biz