Qavi saçlarını çəhrayı rəngə boyadı - VİDEO

6 Avqust 2026 09:36
80
Qavi saçlarını çəhrayı rəngə boyadı - VİDEO

“Barselona”nın yarımmüdafiəçisi Qavi DÇ-2026-dan əvvəl verdiyi qeyri-adi vədi yerinə yetirərək yeni görünüşü ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, İspaniya millisinin və Kataloniya klubunun futbolçusu dünya çempionatının qrup mərhələsində turnirdə qalib gələcəkləri təqdirdə saçlarını çəhrayı rəngə boyayacağına söz vermişdi. O, mundialın finalından iki həftə sonra vədinə əməl edib.

Yarımmüdafiəçi çəhrayı saçlarla paylaşdığı şəkli belə şərh edib:

“Sözünün üstündə duran insan”, paylaşımına gülən emojisi də əlavə edib.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin qalibi İspaniya millisi olub. İspanlar finalda Argentina yığmasını məğlub edərək dünya çempionu adını qazanıblar.

İdman.Biz
Məqalədə: