Kanadanın baş naziri Mark Karni Canni İnfantino və FİFA prezidentinin Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdi barədə sərt şəkildə danışıb.
İdman.Biz bildirir ki, ötən həftə FİFA Dünya Kubokuna ev sahibliyi hüquqlarının özəl investorlara satışı ilə məşğul olacaq FIFA Forward Enterprise (FFE) adlı yeni kommersiya qurumu yaratmaq planlarını açıqladı. Lakin İnfantino sonradan müxtəlif futbol konfederasiyaları tərəfindən kəskin tənqid edildikdən sonra təşəbbüsdən imtina etdi. Geri çəkilməyə səbəb təklif olunan razılaşmadan ciddi narazılıqlarını bildirən UEFA üzv ölkələrinin Dünya Kubokunu boykot etmək təhdidləri olub.
"Yaxşı idarəetmənin ən yaxın məsləhətçilərinizə, baş icraçı direktorunuza, idarə heyətindəki həmkarlarınıza əhəmiyyətli bir şeyi açıqlamamaq olması fikri... bu, səhvdir, məşum səhvdir və siz həmin şəxsə olan inamı itirirsiniz.
Əlbəttə ki, bu andan sonra baş verənləri və hadisələrin mahiyyətini nəzərə alsaq, cənab İnfantinoya heç bir etimadım qalmayıb", - deyə siyasətçi bildirib.
