FIFA İnfantinonun Mərakeşə vəd verməsini təkzib edib

6 Avqust 2026 05:10
501
FIFA İnfantinonun Mərakeşə vəd verməsini təkzib edib

FIFA İspaniya əvəzinə Mərakeşə növbəti dünya çempionatı finalına ev sahibliyi etmək şansı təklif etdiyi barədə xəbərləri təkzib edib.

İdman.Biz bildirir ki, daha əvvəl FIFA prezidenti Canni İnfantinonun qarşıdan gələn FIFA seçkilərində namizədliyini dəstəkləmək müqabilində Mərakeş Kral Futbol Federasiyasına (FRMF) 2030-cu il dünya çempionatı finalına ev sahibliyi edəcəyinə söz verdiyi bildirilirdi.

"FIFA prezidentinin 2030-cu il Dünya Kuboku finalının təşkili ilə bağlı hər hansı bir vəd verdiyi iddiası yalan və yanlışdır.

FIFA vaxtında qərar verəcək", - təşkilat bildirib.

İdman.Biz