“Barselona” Rodri uğrunda mübarizədənm imtina edib

6 Avqust 2026 02:11
101
“Barselona” Rodri uğrunda mübarizədənm imtina edib

"Barselona" futbol klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri uğrunda mübarizəyə qoşulmaq niyyətində deyil.

İdman.Biz-in "The Touchline" və "Marca"ya istinadən verdiyi məlumata görə, Kataloniya klubunun rəhbərliyi 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusunun karyerasını "Real Madrid"də davam etdirəcəyinə əmindir.

Mənbənin məlumatına əsasən, "Blaugrana" məhz buna görə ispan yarımmüdafiəçini transfer etməyə çalışmır.
Rodrinin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Daha əvvəl "Real Madrid"in 30 yaşlı futbolçu üçün 65 milyon avro ilə 75 milyon avro arasında pul ödəməyə hazır olduğu bildirilirdi.

Xatırladaq ki, Rodri 2024-cü ildə "Qızıl top" mükafatını və bu yay İspaniya millisi ilə Dünya Kubokunu qazanıb.

İdman.Biz