UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Fənərbağça” və Avstriyanın “Şturm” komandası arasında ilk oyun keçirilib.
İdman.Biz bildirir ki, İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilən matç 2:0 hesabı ilə Türkiyə klubunun xeyrinə qurtarıb.
Qolları Anderson Talişka (10) və Meyson Qrinvud (45) vurublar.
Komandaların cavab oyunu bir həftədən sonra olacaq.
