Jorje Jezuş Ronaldu ilə bağlı suala əsəbiləşdi

16 Noyabr 2026 11:14
38
Jorje Jezuş Ronaldu ilə bağlı suala əsəbiləşdi

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş mətbuat konfransında Kriştianu Ronaldu ilə bağlı suala əsəbi cavab verib.

İdman.Biz xəbər verir ki, bu hadisə Portuqaliya yığmasının Danimarkaya 1:4 hesabı ilə məğlub olduğu oyundan sonra baş tutan mətbuat konfransında yaşanıb.

Jorje Jezuşa “Bu gün Kriştianu Ronaldu çatışmırdı?” sualı ünvanlanıb.

Mütəxəssis isə suala belə cavab verib:

“Nə?! Kim çatışmırdı?! O, artıq millidə oynamır. Bəs mən kiminsə yoxluğunu hiss etməliyəm?! Mənə çatışmayan yeganə şey onun burada olub mənə yoldaşlıq etməsi idi!”

İdman.Biz