Klopp İnfantinonu tənqid etdi: “Blatterdən sonra vəziyyətin daha da pisləşəcəyini düşünmürdük”

16 Noyabr 2026 11:58
23
Klopp İnfantinonu tənqid etdi: “Blatterdən sonra vəziyyətin daha da pisləşəcəyini düşünmürdük”

Almaniyanın baş məşqçisi Yurgen Klopp Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun fəaliyyətini tənqid edib.

İdman.Biz SPORT1 nəşrinə istinadən xəbər verir ki, mütəxəssis qurumun rəhbərliyində dəyişiklik edilməsinin vacib olduğunu bildirib.

“Hazırda hamı rəhbərliyin dəyişməsinin yaxşı olacağı ilə razıdır. Zepp Blatterdən sonra vəziyyətin daha da pisləşə biləcəyini düşünmürdük, amma kimsə buna nail oldu.

Növbəti prezidentin daha yaxşı işləyə bilməsi əla olardı. Düşünürəm ki, bu, tamamilə mümkündür. İnsanları bir araya gətirmək, möhtəşəm futbol tədbirləri təşkil etmək lazımdır.

Əminəm ki, futbolun gələcəyinə biganə qalmayan və maliyyə maraqları olmayan insanlar var. Onların bir araya gəlməsi çox faydalı olardı”, – deyə Kloppun sözlərini sitat gətirib.

Qeyd edək ki, FİFA prezidentinin növbəti seçkisinin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır.

İdman.Biz