“Sabah” - “Barselona” oyunu üçün satılan biletlərin sayı açıqlandı

16 Noyabr 2026 13:28
48
“Sabah” - “Barselona” oyunu üçün satılan biletlərin sayı açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sabah” - “Barselona” (İspaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-ə məlumat verib.

Onun sözlərinə görə, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün indiyədək 50 min bilet satılıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.

İdman.Biz
Məqalədə: