Yassin Benziya Tailand klubuna keçdi

16 Noyabr 2026 13:40
43
Yassin Benziya Tailand klubuna keçdi

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benziya karyerasını Tailandda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, əlcəzairli futbolçuya Misli Premyer Liqasında çıxış edən bəzi klublardan təklif gəlsə də, o, Azərbaycana qayıtmaq əvəzinə Tailand variantına üstünlük verib.

Benziya “Buriram Yunayted”lə müqavilə razılığına gəlib. O, mövsümün sonunadək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Yassin Benziya 2023-2025-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.

İdman.Biz