UEFA-nın vitse-prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

6 Avqust 2026 00:45
88
UEFA-nın vitse-prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

UEFA-nın vitse-prezidenti Laura Makallister qarşıdan gələn FIFA prezident seçkilərində müxalifət namizədinin irəli sürülməsinin vacibliyini açıqlayıb.

İdman.Biz bildirir ki, ötən həftə FIFA turnir hüquqlarının satışı üçün yeni kommersiya strukturu olan FIFA Forward Enterprise (FFE) yaratmaq planlarını açıqlayıb. İnfantino sonradan futbol konfederasiyalarının tənqidləri və UEFA üzv ölkələrinin Dünya Kubokunu boykot etmək təhlükəsi fonunda bu ideyadan imtina etmək qərarına gəlib.

Qalmaqal fonunda bir sıra milli assosiasiyalar 2027-ci ilin mart ayında keçirilməsi planlaşdırılan növbəti FIFA seçkilərindən əvvəl İnfantinonun namizədliyini dəstəkləyən məktubları geri götürüb və ya geri götürməyi planlaşdırır. İsveçrəli istefa verməsə, UEFA, AFC və CONCACAF FİFA-nı "iflic etməyi" planlaşdırır.

"Düşünürəm ki, indi İnfantinoya qarşı çıxacaq bir namizəd tapmalıyıq. Bu namizədin bütün dünyada müxalifəti ona qarşı birləşdirə bilməsi vacibdir", - Makallister talkSPORT-a bildirib.

İdman.Biz