“Trabzonspor” Məhəmməd Salahla razılığa gəlib

4 Avqust 2026 22:43
103
“Trabzonspor” Məhəmməd Salahla razılığa gəlib

Türkiyənin "Trabzonspor" futbol klubu misirli hücumçu Məhəmməd Salahla razılığa gəlib.

İdman.Biz bu barədə "A Spor"a istinadən bildirir.

Klub nümayəndəsinin oyunçunu İstanbula aparmaq üçün avqustun 5-də Yunanıstana xüsusi təyyarə göndərəcəyi bildirilir. Orada Salahın "Trabzonspor" prezidenti Ərtuğrul Doğanla görüşməsi və tibbi müayinədən keçməsi gözlənilir. Lazımi sənədləri imzaladıqdan sonra 34 yaşlı hücumçunun klub rəhbərliyi ilə birlikdə Trabzona gedəcək.

Məhəmməd Salah 2017-ci ildən 2026-cı ilə qədər "Liverpul"da oynayıb.

İdman.Biz