Azərbaycan millisinin və Polşanın “Rakuv” futbol komandasının hücumçusu Mahir Emreli Ekstraklasanın ikinci turunda “Şlensk”lə səfər matçında qol vurub.
İdman.Biz xəbər verir ki, əsas heyətdə meydana çıxan 29 yaşlı futbolçu 60-cı dəqiqədə hesabı açaraq komandasını önə keçirib.
“Şlensk” matçın sonlarında geridönüş edib. Luka Maryanats 86-cı dəqiqədə hesabı bərabərləşdirib, Pyotr Samets-Talar isə 90-cı dəqiqədə meydan sahiblərinə 2:1 hesablı qələbə qazandırıb.
Mahir Emreli qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib.
Bu, hücumçunun “Rakuv”un heyətində ikinci qolu olub. O, yeni komandasında ilk dəfə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Maltanın “Valletta” komandasına qarşı debüt görüşündə fərqlənib.
