Az\rbaycan millisinin və Polşanın “Rakov” futbol komandasının hücumçusu Mahir Emreli Ekstraklasanın yeni mövsümündə ilk oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Çenstoxova təmsilçisi birinci turda doğma meydanda “Visla Plotsk”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Mahir Emreli 56-cı dəqiqədə Adin Molnarla əvəzlənib. “Rakov”un yeganə qolunu 68-ci dəqiqədə penalti zərbəsindən Patrik Makuç vurub.
