“Real Madrid”in qapıçısı Tibo Kurtua komanda yoldaşı Cud Bellinqemin oyununu və İngiltərə millisindəki çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, belçikalı qolkiper ingiltərəli yarımmüdafiəçinin həm hücumda, həm də müdafiədə komandaya mühüm töhfə verdiyini söyləyib:
“Cud gözəl insan, əla dost və möhtəşəm futbolçudur. Klubda ilk mövsümünü yüksək səviyyədə keçirdi. Amma ötən il bütün komandamız imkanlarından aşağı səviyyədə oynadı”.
Kurtua Bellinqemin meydandakı rolunu xüsusi qeyd edib:
“O, həm hücumda topa nəzarət edərkən, həm də topsuz oyunda, köməkçi işlərdə və pressinqdə “Real Madrid” üçün inanılmaz dərəcədə vacibdir. Ümid edirəm ki, burada hələ çox böyük kuboklar qazanacaq. Son dünya çempionatında isə Cud İngiltərə millisinin ən yaxşı futbolçusu idi”.
