“Barselona” Bernalla razılaşdı

12 Noyabr 2026 20:37
44
“Barselona” Bernalla razılaşdı

“Barselona” yarımmüdafiəçisi Mark Bernalla müqavilənin uzadılması barədə razılığa gəlib.

İdman.Biz xəbər verir ki, tərəflər bir neçə həftə əvvəl yeni anlaşmanın şərtlərini razılaşdırıblar. Müqavilə 19 yaşlı futbolçunu 2031-ci ilədək Kataloniya klubunda saxlayacaq.

Əvvəlki sözləşməsi 2029-cu ilədək qüvvədə olan Bernalın maaşı da əhəmiyyətli dərəcədə artırılacaq. Razılaşmanın rəsmi elanının gecikməsi tərəflərin iş qrafiklərinin uyğun gəlməməsi ilə əlaqədardır.

Klub prezidenti Joan Laportanın gələn həftə qayıdışından sonra Bernal, Andreas Kristensen və Xavi Espartla müqavilələrin rəsmiləşdirilməsi nəzərdə tutulur.

2024-cü ildə ön çarpaz bağından aldığı ağır zədəni geridə qoyan Bernal bu mövsüm Hans-Diter Flikin əsas oyunçularından birinə çevrilib. O, 14 matçda iki məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçi “Atletiko Madrid”lə son qarşılaşmada zədəli Rodrini əvəzləyərək start heyətində meydana çıxıb.

İdman.Biz