Dünya çempionatı: Beş sərbəst güləşçimiz bu gün mübarizəyə qoşulacaq

31 İyul 2026 09:23
99
Dünya çempionatı: Beş sərbəst güləşçimiz bu gün mübarizəyə qoşulacaq

Bu gün Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə qoşulacaq.

1/8 final
48 kq

Hüseyn Rzazadə - Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)

80 kq

Nihad Süleymanlı - Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)

Təsnifat mərhələsi
55 kq

Abbas Şəfiyev - Temirlan Murat (Qazaxıstan)

65 kq

Rəşid Nazarov - Erik Papikyan (Ermənistan)

110 kq

Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

İdman.Biz