UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" Sofiyanın CSKA klubuna penaltilərlə 4:5 hesabı ilə uduzub. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitib. Bu komandaların Bakıdakı qarşılaşması da qolsuz heç-heçə ilə bitmişdi.
İdman.Biz bildirir ki, Ağdam klubu mübarizəsini Konfrans Liqasında davam etdirəcək. Burada onların rəqibi Kiyevin "Dinamo" klubu olacaq.
00:34
CSKA - "Qarabağ" oyununda əlavə vaxt bitib.
İdman.Biz bildirir ki, 120 dəqiqədən sonra qapılara qol vurulmayıb. İlk oyun da 0:0 hesabı ilə bitdiyindən qalib penaltilərlə müəyyən olunacaq.
23:57
CSKA - "Qarabağ" oyununda əlavə vaxt başlayıb.
İdman.Biz bildirir ki, 90 dəqiqə ərazində komandalar qapılara yol tapa bilməyiblər. İlk oyun da 0:0 hesabı ilə bitdiyindən oyunda əlavə vaxt təyin edilib.
23:52
CSKA - "Qarabağ" oyununda əsas vaxt başa çatıb.
İdman.Biz bildirir ki, 90 dəqiqə ərazində komandalar qapılara yol tapa bilməyiblər. İlk oyun da 0:0 hesabı ilə bitdiyindən oyunda əlavə vaxt təyin edilib.
23:04
CSKA - "Qarabağ" oyununda ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, birinci hissədə komandalar qapılara yol tapa bilməyiblər.
22:49
CSKA - "Qarabağ" oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, birinci hissədə komandalar qapılara yol tapa bilməyiblər.
22:01
"Qarabağ" UEFA Avropa Liqası ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda CSKA-nın qonağıdır.
İdman.Biz bildirir ki, bu cütün qalibi UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” - İsrailin “Makkabi” (Tel-Əviv) cütünün qalibi ilə üz-üzə gələcək.
21:06
"Qarabağ" UEFA Avropa Liqası ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda CSKA-nın qonağı olacaq.
İdman.Biz xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
CSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto
Baş məşqçi: Xristo Yanev
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov
08:00
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Qarabağ” Bolqarıstanda “CSKA Sofia”nın qonağı olacaq.
İdman.Biz xəbər verir ki, Bolqarıstanın Sofiya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Qeyd edək ki, bu cütün qalibi UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” - İsrailin “Makkabi” (Tel-Əviv) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsində “CSKA Sofia”ya uduzarsa, Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) və Yunanıstanın PAOK klubları arasındakı cütün məğlubu ilə görüşəcək.
