Mançini 2023-cü ildə İtaliya millisindən ayrıldığına görə peşman olduğunu bildirib

30 İyul 2026 03:10
72
Mançini 2023-cü ildə İtaliya millisindən ayrıldığına görə peşman olduğunu bildirib

İtaliya millisinin baş məşqçisi Roberto Mançini 2023-cü ildə milli komandanın məşqçisi vəzifəsindən ayrıldığına görə təəssüfləndiyini bildirib.

İdman.Biz bildirir ki, o, qərarının səbəblərini izah edib.

"Üç il əvvəl baş verənlərə aydınlıq gətirmək istəyirəm. Prezident Qravina (İtaliya Futbol Federasiyasının keçmiş prezidenti - red.) ilə aramda ünsiyyət problemi yaranıb. Daha əvvəl danışsaydıq, yəqin ki, bunu həll edərdik. Çox üzr istəyirəm. Milli komanda həmişə mənim üçün çox vacib olub. Mənim üçün bu, həyatımın sevgisini itirmək kimidir. Bu o deməkdir ki, səhv etmişəm və əvvəlki hər şey mənasızlaşıb. Prezident Covanni Malaqonun sayəsində tale mənə daha bir şans verdi və mən İtaliyanı layiq olduğu yerə qaytarmaq üçün buradayam.

Milli komanda ilə böyük bir kubok qazanmaq istəyirəm, bəlkə də hətta iki kubok. Və sonra, mümkünsə, müqaviləmdə nəzərdə tutulduğundan daha uzun müddət komandada qalmaq", - deyə Sky Sport Italia Mançinidən sitat gətirib.

Mançini 2018-ci ildən 2023-cü ilə qədər İtaliya milli komandasını çalışdırıb. Onun rəhbərliyi altında italyanlar Avropa çempionu və ikiqat Millətlər Liqasının bürünc medalçısı olublar.

İdman.Biz