Çempionlar Liqası: "Sabah" üçüncü təsnifat mərhələsində - YENİLƏNİB + VİDEO

28 İyul 2026 20:50
1 222
Çempionlar Liqası: "Sabah" üçüncü təsnifat mərhələsində

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "KuPS" – "Sabah" matçı başa çatıb.

İdman.Biz bildirir ki, Azərbaycan klubu səfərdə qalib gəlib - 2:0. Bununla da Bakı komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bakıda keçirilən ilk oyunda "Sabah" 1:0 hesabı ilə qalib gəlmişdi.

“Sabah” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Polşanın “Lex” və Danimarkanın “Orhus” komandaları arasındakı qarşılaşmanın üstün tərəfi ilə oynayacaq. Bu komandaların Danimarkada keçirilən ilk matçında polşalılar 4:1 hesabı ilə qalib gəliblər. Cavab görüşü iyulun 29-da Polşada olacaq.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının iki təsnifat mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gəlib, 4 matçda 7 qol vurub və 1 qol buraxıb.

20:28

"KuPS" – "Sabah" oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 70-ci dəqiqədə Coy Lens Mikels bakılıların ikinci qolunu vurub - 0:2.

20:11

"KuPS" – "Sabah" oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 53-cü dəqiqədə Velko Simiç "KuPS"u mərkəzə dəvət edib - 0:1

20:01

"KuPS" – "Sabah" oyununda ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, ilk hissədən sonra qapılara qol vurulmayıb.

19:49

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "KuPS" – "Sabah" oyununun birinci hissəsində hesab açılmayıb. Komandalar fasiləyə 0:0 hesabı yollanıb.

İdman.Biz xatırladır ki, ilk qarşılaşma Azərbaycan klubunun qələbəsi ilə bitib - 1:0.

19:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "KuPS" – "Sabah" oyunu keçirilir.

İdman.Biz bildirir ki, ilk qarşılaşma Azərbaycan klubunun qələbəsi ilə bitib - 1:0.

18:15

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "KuPS" – "Sabah" qarşılaşmasının start heyətləri açıqlanıb.

İdman.biz xəbər verir ki, Finlandiyada baş tutacaq və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"KuPS": Yohannes Kreydl, Akseli Puukko, Brahima Maqassa, Kasim Nuhu, Klinton Antvi, Valentin Qask, Sayku Turay, Petteri Pennanen (k), Tommi Jiri, Bob Nii Arma, Ceymi Moreno.

Ehtiyat oyunçular: Hemmo Riihimaki, Kasperi Silen, Saku Heyskanen, Saku Savolaynen, Niilo Kuyasalo, Arttu Heynonen, Kalvin Kabuye, Pyotr Parjişek, Coslin Luyeye-Lutumba, Arttu Lötjönen, Rikardo Arauxo, Taneli Hamaleynen.

Baş məşqçi: Miika Nuutinen.

"Sabah": Stas Pakatilov (k), Akim Zedadka, Stiv Solvet, Rəhman Daşdəmirov, Timateuş Puxaç, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Kahim Parris, Coy-Lens Mikels.

Ehtiyat oyunçular: Amin Ramazanov, Rəvan Mirzəmmədov, Aden Makarti, Abdulah Xaybulayev, Rauf Rüstəmli, Tellur Mütəllimov, Yunes Laşab, Erivaldo Almeyda, Xander Severina, Rodriqo Fernandeş, Orfe Mbina.

Baş məşqçi: Valdas Dambrauskas.

Qeyd edək ki, komandalar arasında ilk oyun Bakıda "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu cütün qalibi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçirilən cütün qalibi ilə üz-üzə gələcək.

09:23

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi "Sabah" Finlandiyada "KuPS"un qonağı olacaq.

İdman.Biz xəbər verir ki, Finlandiyanın Kuopio şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçirilən cütün qalibi ilə üz-üzə gələcək.

İdman.Biz