“Ayaks” və “Sauthempton”un keçmiş hücumçusu Duşan Tadiç Niderland çempionatının “NEC Neymegen” komandasına keçib.
İdman.Biz xəbər verir ki, bu transfer Erediviziya klubunun rəsmi saytında açıqlanıb.
37 yaşlı futbolçu yeni klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
Duşan Tadiç Serbiya futbolunun yetirməsidir. O, əvvəllər “Qroningen”, “Tvente”, “Sauthempton”, “Ayaks” və “Fənərbağça” kimi klublarda oynayıb. Onun əvvəlki klubu BƏƏ-nin “Əl-Vahda” klubu olub. O, həmçinin Serbiya milli komandasında da oynayıb.
Ötən mövsüm 42 matçda Tadiç beş qol vurub və 20 məhsuldar ötürmə edib.
