Fransanın nüfuzlu “L'Équipe” nəşri “RB Leypsiq”in hücumçusu Yann Diomandenin “Real Madrid”ə transferi ilə bağlı “Pari Sen-Jermen”in mövqeyini açıqlayıb.
İdman.Biz bildirir ki, daha əvvəl parislilərin oyunçuya olan marağı barədə məlumat verilmişdi.
“RB Leypsiq” cəmi bir il əvvəl İspaniya ikinci divizionunda oynayan istedadlı oyunçu üçün həddindən artıq böyük məbləğdə pul istəyirdi. Biz sadəcə bir klubun şousu üçün həddindən artıq böyük məbləğlər xərcləmək niyyətində deyilik. Bu, hazırda “Real Madrid”də baş verənlərdən çox şey xəbər verir”, - nəşr klubun mövqeyindən sitat gətirir.
Ötən mövsüm Diomande bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.
