“Barselona” “Atletiko Madrid”dən Xulian Alvaresin alınması uğursuz olarsa, heyəti gücləndirmək üçün alternativ olaraq “Bornmut”un hücumçusu Eli Krupini nəzərdən keçirir.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinaən bildirir.
“Mançester Siti” də bu ay Krupi ilə bağlı sorğu göndərib. “Bornmut”un oyunçunu satmaq planı yoxdur və onu komandada saxlamaq istəyir.
Eli Krupi ötən mövsüm “Bornmut”da 35 oyunda iştirak edib və 13 qol vurub. Transfermarkt-a görə, onun bazar dəyəri 70 milyon avrodur. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir.
