Fransa millisinin hücumçusu Kilian Mbappe yeni baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında milli komandanın kapitanı vəzifəsini saxlayacaq.
İdman.Biz bu barədə “Le Parisien” qəzetinə istinadən məlumat verir.
Bildirilir ki, Zidan və Mbappe çoxdan bir-birilərini tanıdıqları və hörmət etdikləri üçün bu, heç kimdə şübhə doğurmur.
Daha əvvəl Fransa Futbol Federasiyasının (FFF) Zinəddin Zidanla müqavilə imzaladığını 28 iyul çərşənbə axşamı günü elan etməyi planlaşdırdığı bildirilmişdi.
Mbappe Fransa milli komandasında bütün yarışlarda 106 oyun keçirib və 66 qol vurub. O, ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında 10 qolla ən çox qol vuran oyunçu olub.
