“Borussiya Dortmund” Konstantinos Karetsası transfer edəcək.
İdman.Biz “Sky Sport”a istinadən bildirir ki, “Borussiya” “Genk”lə 18 yaşlı yarımmüdafiəçinin transferini razılaşdırıb.
Müqavilənin dəyəri real hesab edilən bonuslar da daxil olmaqla 32 milyon avrodur.
Oyunçu “Borussiya Dortmund”la 2031-ci ilə qədər müqavilə imzalayacaq.
Keçən mövsüm Belçika liqasında Karetsas 34 oyun keçirib və 10 məhsuldar ötürmə edib və “Genk”in ən yaxşı məhsuldar ötürmə təminatçısı olub.
