"Çelsi" "Brentford"un yarımmüdafiəçisi Cordan Hendersonla maraqlanır.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.
Mənbənin məlumatına görə, "göylər" yarımmüdafiəçi üçün əsas namizəddir. Oyunçu 2027-ci ilin yayına qədər olan müqaviləsinə baxmayaraq, "mavilər"dən təzminatsız ayrıla bilər. Yarımmüdafiəçinin özü mümkün transferə açıqdır.
Cordan Henderson "Sanderlend"in gənclər sisteminin yetirməsidir. Böyüklər səviyyəsində yarımmüdafiəçi 2011-ci ildən 2023-cü ilə qədər "Liverpul"da oynayıb və komanda ilə bir sıra kuboklar qazanıb. Onun karyerasında "Koventri Siti", "Əl-İttifaq" və "Ayaks" kimi klublardakı çıxışları da var.
