Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü bitib - YENİLƏNİB + FOTO

25 İyul 2026 21:27
1 377
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü bitib - YENİLƏNİB + FOTO

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb.

İdman.Biz bildirir ki, son olaraq 16 yaşadək yeniyetmə cüdoçular arasında qaliblər bəlli olub. Bu yaş kateqoriyasında 108 idmançı tatamiyə çıxıb. Oğlanlar dörd, qızlar isə üç çəki dərəcəsində mübarizə aparıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən 81 klubun 289 cüdoçusu U-14 və U-16 yaş kateqoriyalarında gücünü yoxlayır. Yarışa sabah yekun vurulacaq.

Mükafatçıları təqdim edirik:

Qızlar

-40 kq
1. Fəridə Rəhimli
2. Lilla Asbot
3. Ləman Bağırova

-44 kq
1. Ayan Həsənli
2. Ülkər Abbaszadə
3. Aysu Əliyeva

-52 kq
1. Aysel İsmayılova
2. Ruqayyə Əlizadə
3. Esma Bədəlova

Oğlanlar

-46 kq
1. Sultan Hacıyev
2. Kənan Hüseyinli
3. İsmayıl Həsənov
3. İbrahim Ağamalı

-50 kq
1. Məhərrəm Bayramlı
2. Kənan Gəncəliyev
3. Məhəmməd Səfərov
3. Fərman Hüseynli

-55 kq
1. Qərib Atababayev
2. Emil Mürvələdov
3. Məhəmmədəli Qafarov
3. Rəhim Əliyev

-60 kq
1. Raul Məlikzadə
2. Samin Səlimli
3. Zoltan Torok
3. Həmid Şəfiyev

19:58

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İdman.Biz bildirir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxışında ölkəmizin bu yarışa ikinci dəfə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, turnir yeniyetmə cüdoçular üçün beynəlxalq təcrübə qazanmaq, müxtəlif cüdo məktəblərinin nümayəndələri ilə qüvvələrini sınamaq və yeni dostluqlar qurmaq baxımından mühüm əhəmiyyət daşıyır. Elnur Məmmədli, həmçinin göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.

Avropa Cüdo Birliyinin (EJU) baş idman komissarı Sergey Oleynik isə EJU prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb. O, Azərbaycanda yaradılan yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, turnirin keçirilməsində əməyi olan bütün komanda üzvlərinə minnətdarlığını çatdırıb.

Rəsmi çıxışlardan sonra Avropa Cüdo Ümidləri Turniri açıq elan olunub.

14:37

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq yarışın ilk günündə oğlanlar arasında beş, qızların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər bəlli olub.

Turnirdə 10 ölkədən 81 klubun 289 cüdoçusu U-14 və U-16 yaş kateqoriyalarında mübarizə aparır.

U-14 yaş kateqoriyasında ilk medalçılar:
Qızlar
57 kq

1. Firəngiz Kamilova
2. Ruqəyyə Hüseynova

+63 kq
1. Mina Cəbrayılzadə
2. Duyğu İsmayılova

Oğlanlar
55 kq

1. Aslan Abdullayev
2. Bayram Məmmədli
3. İzzət Musayev
4. Abdurrəhman Əsgərov

60 kq
1.Daniel Eross
2. Mirsadiq Babayev
3. Ramal Məmmədli
4. Muhammədəli Mustafa

66 kq
1. Süleyman Məmmədov
2. Rüfət Allahverdi
3. Mövlan İsgəndərli
4. Sadiq Əlizadə

73 kq
1. Kərim Məmmədov
2. Şahin Ağabalazadə
3. Amin Babazadə

+73 kq
1. Adam Barabas
2. Salman Musayev
3. Tomer Barger

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turnirində U-14 və U-16 yaş kateqoriyalarında yarışlar davam edir.

10:30

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.

İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.

Turnirlə paralel olaraq, 24-26 iyul tarixlərində iştirakçılar üçün texniki seminarlar da keçirilir. Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə təşkil olunan seminarlarda iştirakçılar müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəyin perspektivli idmançılarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İdman.Biz
Məqalədə: