Avropa Liqası: ”Qarabağ” Bakıda “CSKA Sofia” ilə qarşılaşacaq

23 İyul 2026 09:24
89
Avropa Liqası: ”Qarabağ” Bakıda “CSKA Sofia” ilə qarşılaşacaq

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın “CSKA Sofia” kollektivini qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Xatırladaq ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” - İsrailin “Makkabi” (Tel-Əviv) cütünün qalibi ilə üz-üzə gələcək.

İdman.Biz