İyulun 21-də "Real Madrid" nümayəndələri ilə "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin agentləri arasında oyunçunun Madrid klubuna keçidi ilə bağlı görüş keçirilib.
İdman.Biz bu barədə jurnalist Patrik Bergerə istinadən məlumat verir.
Görüş Madriddəki bir restoranda baş tutub. "Real Madrid" rəhbərliyi Rodrini klubun prioritet hədəfi hesab edir. "Real Madrid" oyunçuya 2030-cu ilə qədər müqavilə təklif etməyə hazırdır. "Los Blancos" şəxsi müqavilə üzərində işləyir. Rodri İspaniyaya qayıtmaq istəyini bildirib. Lakin "Real Madrid" və "Mançester Siti" arasında birbaşa danışıqlar hələ başlamayıb.
Ötən mövsüm Rodri klubun heyətində bütün yarışlarda 33 oyun keçirib və iki qol vurub. O, həmçinin 2026-cı il dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
