UEFA Çempionlar Liqası: “Sabah” “KuPS”a qarşı

21 İyul 2026 09:38
270
UEFA Çempionlar Liqası: “Sabah” “KuPS”a qarşı

Bu gün “Sabah” futbol klubu UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.

Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

Görüşün baş hakimi polşalı FIFA referisi Lukaş Kujma olacaq.

Qeyd edək ki, cütün qalibi növbəti raundda “Orxus” (Danimarka) - “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

İdman.Biz
Məqalədə: