Sahib Məmmədov: “Potensialımızı ortaya qoyduq və çempion olduq”

21 İyul 2026 14:44
198
Sahib Məmmədov: “Potensialımızı ortaya qoyduq və çempion olduq”

“Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan çimərlik futbolu üzrə Azərbaycan millisi öz gücünü göstərib”.

Bu barədə çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Sahib Məmmədov deyib.

O, turnirdə birinci yeri tutmaları ilə bağlı fikirlərini bölüşüb.

“Təəssüratlarımız olduqca müsbətdir. Avropa çempionatının B Liqasında birinci pillənin sahibi olmuşuq. Yarışa yollanmamışdan öncə bu nəticəni əldə edəcəyimizə əmin idik. Kağız üzərində də ən güclü komanda məhz biz hesab olunurduq. İnamımız da böyük idi. Potensialımızı ortaya qoyduq və çempion olduq. Yeganə hədəfimiz birinci yeri tutmaq idi”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

S.Məmmədov A Liqasına vəsiqə qazanmalarına da toxunub:

“Orada Avropanın ən güclü yığmaları mübarizə aparır. Ciddi hazırlaşmalıyıq. 1/4 final, yarımfinal mərhələsinə çıxa bilərik. Niyə də finalda iştirak etməyək?”

Xatırladaq ki, Azərbaycan millisi finalda Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz