Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının finalına yüksəlib.
İdman.Biz xəbər verir ki, yarımfinalda millimiz Norveçlə qarşılaşıb.
Norveç millisini Ramil Əliyev (2), Sabir Allaquliyev (2), Sahib Məmmədov və Orxan Məmmədovun qolları ilə 6:1 məğlub edən həmyerlilərimiz adlarını finala yazdırıblar.
12:23
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Orxan Məmmədov vurub. Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Norveç yığması ilə qarşılaşacaq. Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.
