2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çempion “Sabah” və ikinci yerin sahibi “Qarabağ” komandaları arasında gerçəkləşəcək ilk oyun 9-cu tura təsadüf edəcək.
İdman.Biz-in məlumatına görə, bu, turnirin püşkatmasından sonra bəlli olub.
Sözügedən turda “Sabah” meydan sahibi olacaq. Komandalar 19-cu və 29-cu turlarda da qarşılaşacaqlar. Üç oyundan ikisinə “Sabah”, birinə isə “Qarabağ” evsahibliyi edəcək.
15:16
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkü atılıb.
İdman.Biz xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və klub rəsmiləri iştirak edirlər.
Birinci turda üz-üzə gələcək komandalar aşağdakılardır:
Azərbaycan Premyer Liqası
Birinci tur
“Araz-Naxçıvan” - “İmişli”
“Kəpəz” - “Sabah”
“Şamaxı” - “Qarabağ”
“Turan Tovuz” - ”Qəbələ”
“Sumqayıt” - Neftçi”
“Zirə” - “Şəfa”
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək. Ötən mövsümün çempionu “Sabah” FK olub.
09:43
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək.
İdman.Biz xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.
Çempionatda “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Şəfa”, “Turan Tovuz” və “Zirə” komandaları mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək. Ötən mövsümün çempionu “Sabah” FK olub.
