DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

17 İyul 2026 09:49
94
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Futbol üzrə 2026-cı il dünya çempionatının final matçını idarə edəcək hakim məlum olub.

İdman.Biz xəbər verir ki, FIFA İspaniya – Argentina qarşılaşmasını sloveniyalı referi Slavko Vinçiçə həvalə edib.

Baş hakimə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə iordaniyalı Adham Maxadmeh yerinə yetirəcək. Onun köməkçisi həmyerlisi Mohammed Alkalaf olacaq.

46 yaşlı Vinçiç 2010-cu ildən FIFA referisidir. Təcrübəli hakim 2024-cü ildə UEFA Çempionlar Liqasının final görüşünü də idarə edib.

DÇ-2026-da Fransa və İngiltərə milliləri arasında keçiriləcək üçüncü yer uğrunda oyunun baş hakimi isə venesuelalı Xesus Valensuela olacaq.

Qeyd edək ki, Fransa – İngiltərə matçı iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. İspaniya – Argentina finalı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.

İdman.Biz