İspaniya futbol millisinin sağ cinah hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının finalı öncəsi komandanın məşqində iştirak etməyib.
İdman.Biz xəbər verir ki, İspaniya yığması iyulun 19-da keçiriləcək finalda Argentina ilə qarşılaşacaq. Lakin həlledici oyun ərəfəsində əsas müzakirə mövzularından biri “Barselona”nın futbolçusunun sol ayağındakı problemdir.
Lamin Yamal Fransa üzərində qazanılan yarımfinal qələbəsindən sonra meydanı axsaya-axsaya tərk edib. O, iyulun 16-da İspaniya millisinin ötürmələr üzərində keçirilən məşq çalışmalarına qatılmayıb. Bu vəziyyət futbolçunun zədələnməsi ilə bağlı ehtimalları artırıb.
Yamal komandanın məşq meydanında olub və yüngül dartınma hərəkətlərinin bir hissəsini yerinə yetirib. Lakin futbolçu əsas çalışmalarda iştirak etməyib. Bundan başqa, onun sol bud nahiyəsinin sarğı ilə bağlandığı müşahidə olunub.
İspaniya millisinin məşqçilər korpusu Yamalın məşqdən kənarda qalmasının komandanın fiziki yüklənmənin idarə olunması proqramının bir hissəsi olduğunu bildirib. Mütəxəssislər “Barselona”nın ulduzunun Argentina ilə final qarşılaşmasına tam hazır olacağını düşünürlər.
Yamal turnirdə gözlənilən səviyyədə çıxış etməsə də, İspaniya millisinin nəticələrinə təsir göstərib. O, yeddi qarşılaşmada bir qol vurub və komanda yoldaşları üçün beş qol imkanı yaradıb.
İspaniya millisi Yamalın meydana çıxdığı 14 qarşılaşmalarda hələ məğlub olmayıb.
Qeyd edık ki, Lamin Yamal dünya çempionatına sol budun arxa əzələsindəki zədədən yenicə sağalaraq gəlib.
