Yamal və Porro İspaniya millisinin məşqini buraxıblar

16 İyul 2026 23:49
106
Yamal və Porro İspaniya millisinin məşqini buraxıblar

İspaniya milli komandasının oyunçuları Lamin Yamal və Pedro Porro narahatlıq səbəbindən qrupla məşq etməyiblər.

İdman.Biz-in Marca-ya istinadən məlumatına görə, oyunçular fərdi məşq ediblər və Yamal sol buduna xüsusi korset taxıb.

Mənbəyə görə, Yamal və Porronun qrupdan kənarda qalması ehtiyat tədbiridir. Hər iki oyunçunun 2026-cı il dünya çempionatının finalında (19 iyul) oynama ehtimalı yüksəkdir.

Yamal Dünya Kubokunun yarımfinalında Fransanın müdafiəçisi Lyuka Din tərəfindən zərbə alıb və ondan sonra ağrı hiss etməyə başlayıb.

Porronun problemləri əzələ yorğunluğu ilə bağlıdır.

İdman.Biz