Argentina prezidenti Xavyer Miley milli komandanın İspaniyaya qarşı keçirəcəyi DÇ-2026-nın finalını harada izləyəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, dövlət başçısı həlledici qarşılaşmaya əvvəlki oyunlarda olduğu kimi Olivosdakı prezident iqamətgahında baxacağını bildirib.
“Matçları Olivosda izləməyə davam edəcəyik. Bütün oyunlara orada baxmışam. Qarşılaşmaları neft şirkətlərindən birinin gödəkçəsində izləyirəm. Mənə isti olur, amma bir dəfə onu çıxardım və qapımızdan qol buraxdıq. Buna görə də həmin gödəkçəni bir daha çıxarmayacağam”, - deyə Miley “Radio Mitre”yə açıqlamasında bildirib.
Qeyd edək ki, İspaniya və Argentina milliləri arasında DÇ-2026-nın final qarşılaşması iyulun 19-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
