Vinisius Junior “Real Madrid”dən ayrıla bilər

17 İyul 2026 09:13
119
Vinisius Junior “Real Madrid”dən ayrıla bilər

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Junior yay transfer pəncərəsində komandanı tərk edə bilər.

İdman.Biz xəbər verir ki, “L’Équipe” nəşrinin məlumatına görə, Madrid klubu braziliyalı futbolçunun satılması ehtimalını istisna etmir.

Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni sözləşmə ilə bağlı hələlik razılıq əldə olunmayıb. Futbolçu klubun müəyyənləşdirdiyi şərtləri qəbul etməsə, rəhbərlik onun transferinə icazə verə bilər.

Mənbə qeyd edir ki, Vinisius Juniorun satışı “Real Madrid”ə böyük gəlir qazandıra və “Bavariya”nın hücumçusu Maykl Olise transferinin maliyyələşdirilməsinə kömək edə bilər. Madrid təmsilçisi fransalı futbolçunun keçidində maraqlıdır.

İdman.Biz