"Bavariya"nın hücumçusu Maykl Olise rəhbərliyə "Real Madrid"ə keçmək istəyi barədə məlumat verməyib. Bunun əvəzinə, fransız cinah oyunçusu Münhen klubunda qalmaq istədiyini bildirib.
İdman.Biz bu barədə Sky Sport Germany-yə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, "Bavariya" 24 yaşlı futbolçunun 2029-cu ildə başa çatacaq müqaviləsinin vaxtından əvvəl uzadılmasını istəyir. Lakin alman nəhəngi yeni müqaviləyə transfer bəndini daxil etmək istəmir. Müqavilənin uzadılmasından sonra Oliseh komandanın ən çox maaş alan üç oyunçusundan biri olacaq.
Ötən mövsüm Olise bütün yarışlarda 52 oyunda meydana çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.
