"Vestri" - "Qarabağ" başa çatıb.
İdman.Biz bildirir ki, 3:0 hesabı ilə qalib gələn "Qarabağ" iki oyunun nəticəsinə görə 6:0-lıq üstünlüyü təmin edib. Komanda UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Orada ağdamlıların rəqibi Bolqarıstanın CSKA klubu olacaq.
Beləliklə, hər üç Azərbaycan klubu - "Sabah", "Qarabağ" və "Zirə" UEFA turnirlərinin birinci təsnifat mərhələsini adlayıblar. Konfrans Liqasının ikinci mərhələsində onlara "Neftçi" də qoşulacaq.
01:15
"Vestri" - "Qarabağ" matçında üçüncü qol vurulub.
İdman.Biz bildirir ki, 56-cı dəqiqədə Zakaria Savo fərqlənib - 0:3.
01:02
"Vestri" - "Qarabağ" matçında ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, birinci hissədən sonra ağdamlılar irəlidədirlər - 0:2.
00:47
"Vestri" - "Qarabağ" matçında ilk yarı bitib.
İdman.Biz bildirir ki, birinci hissədən sonra ağdamlılar irəlidədirlər - 0:2.
00:30
"Vestri" - "Qarabağ" matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 29-cu dəqiqədə Pedro Bikalyo fərqi artırıb - 0:2.
00:06
"Vestri" - "Qarabağ" matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 5-ci dəqiqədə Jali Muaddib ağdamlıları irəli çıxarıb.
00:01
UEFA Avropa Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” İslandiyada “Vestri”nin qonağıdır.
İdman.Biz xəbər verir ki, komandalar arasında Bakıda keçirilən ilk oyun 3:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.
23:07
“Qarabağ” UEFA Avropa Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada “Vestri”nin qonağı olacaq.
İdman.Biz xəbər verir ki, komandalar saat 00:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Vestri”: 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
Baş məşqçi: Daniel Osafo-Badu
“Qarabağ”: 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
Baş məşqçi: Qurban Qurbanov
09:30
Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv birinci təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandasının qonağı olacaq.
Reykyavikdəki “Torfnesvöllur” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.
Bakıdakı ilk matçda “köhlən atlar” üç cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, “Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
