İngiltərə futbol millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-da üçüncü yer uğrunda Fransa ilə görüşü buraxa bilər.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu Argentina ilə yarımfinal matçından sonra baş verən insidentə görə diskvalifikasiya riski ilə üzləşib.
Final fitindən sonra Bellinqem Argentina millisinin müdafiəçisi Valentin Barkoya arxadan yaxınlaşaraq onun başına əli ilə zərbə vurub. Barko cavab olaraq ingiltərəli futbolçunu itələyib və tərəflər arasında qarşıdurma yaranıb.

Epizod hakimlərin diqqətindən yayınsa da, FIFA videogörüntüləri araşdıraraq Bellinqemə intizam cəzası verə bilər. Futbolçu diskvalifikasiya olunsa, Fransa ilə üçüncü yer uğrunda görüşdə meydana çıxa bilməyəcək. FIFA araşdırmanın başlanması ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İngiltərə yarımfinalda Argentinaya 1:2 hesabı ilə məğlub olub. Argentina DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq.
09:53
İngiltərə futbol millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-nın yarımfinalından sonra Argentina yığmasının müdafiəçisi Valentin Barkoya qarşı kobud hərəkəti ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Argentina millisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Final fitindən sonra Bellinqem qələbəni komanda yoldaşları ilə qeyd edən Barkoya arxadan yaxınlaşaraq onun başının arxa hissəsinə əli ilə zərbə endirib. Argentina futbolçusu cavab olaraq Bellinqemi sinəsindən itələyib.
Yayılan görüntülərdə hadisədən əvvəl Barkonun ingiltərəli oyunçu ilə təmasda olmadığı görünür. Bellinqemin bu hərəkətinin səbəbi məlum deyil.
Argentina finalda İspaniya ilə iyulun 19-da qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda iyulun 18-də Fransa ilə oynayacaq.
